Aral dənizi
Aral dənizi və ya Aral gölü (qaz. Арал теңізі, özb. Orol dengizi, Орол денгизи, qaraq. Aral ten'izi, Арал теңизи)— Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində, Turan ovalığında axarsız şor göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları suyunun kənd təsərrüfatı ehtiyaclarına daha çox işlədilməsi nəticəsində Aral dənizinin səviyyəsi intensiv surətdə aşağı düşməyə başlamışdır. Artıq 200 ilədək səviyyə 19 m aşağı düşmüş, səthinin sah. 24,4 min km2
-ə, həcmi 175 km3-ə, duzluluğu 46–59%-ə çatmış, sahil xətti onlarla km geriyə çəkilmişdir. Amudərya və Sırdərya çaylarının suyu bəzi illərdə Aral dənizinə gəlib çatmır. 1989-cu ildə dəniz iki hissəyə parçalandı — Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi. Aral dənizinin şimal sahilləri bəzi yerlərdə hündür, bəzi yerlərdə alçaq, şərq sahilləri qumluqdur; cənub sahilini, əsasən, Amudəryanın deltası, qərb sahilini Üstyurd platosunun uçurumu (hünd.